Təqribən bir həftə öncə Macarıstanın Budapeşt şəhərində parlament binasının qarşısında Avropaya interqasiya tərəfdarlarının aksiyası keçirilib. FaktXəbər-in verdiyi məlumata görə, etirazçılar ölkənin baş naziri Orbanın siyəsətini kəskin tənqid ediblər, onu Rusiya ilə sıx əlaqələrdə ittiham ediblər. Mitinqdə bir çox anti-Rusiya şüarları səslənib.
Bu barədə xəbər hazırlayan Komsomolskaya Pravda qəzetinin xüsusi müxbiri Darya Aslamovanı isə daha çox bir fakt təəcübləndirib. Belə ki, aksiyada Rusiyaya qarşı səslənən şüarlarla yanaşı, üzərində "Azərbaycana Yox!", "Türkiyəyə Yox!" şüarları yazılan plakatlar da görünüb. Jurnalist Azərbaycan və Türkiyənin bu məsələyə nə aidiyyatı olduğunu anlamadığını bildirir.
Belə çıxır ki, Macarıstan vətəndaşları Rusiyadan başqa Azərbaycanı da ABŞ və Avropa ilə müqayisə edərək, seçim variantı kimi görürlər...
http://s017.radikal.ru/i400/1412/cd/dad44c22ed15.jpg http://s020.radikal.ru/i711/1412/0e/9f12f8806def.jpg http://s020.radikal.ru/i722/1412/0e/c1f6b4242219.jpg
