Sürücü xanımın cavab verməsinə nail olsa da, qızcığazın həyatına son qoyur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə sükan arxasında olarkən mobil telefondan istifadə zamanı baş verə biləcək faciələrə həsr olunmuş sosial çarx hazırlanıb.
Oxu.Az xəbər verir ki, sosial çarxın əsas mahiyyəti ondan ibarətdir ki, sükan arxasında mobil telefonla danışmaq sürücülərin və ətrafdakıların həyatı üçün təhlükəlidir.
Sosial çarxda oğlan işdə iclas olduğu üçün xanımla təyin etdiyi görüşə gecikir. Bu zaman xanım telefon vasitəsi ilə ona narazılığını bildirməyə başlayır:
“Sənin üçün bizim münasibətimiz həmişə adi olub, mən səni gözləyirəm, sən isə hələ də işdəsən”.
Oğlan iclasdan birtəhər çıxır və mobil telefonla qıza bildirir ki, o artıq yoldadı, çatır. Xanım oğlandan inciyir və onun yazılarına cavab vermir.
Sosial çarxın qəhrəmanı buna görə həyəcan keçirir və avtomobili idarə edərək mobil telefondan istifadə edib xanımın ona cavab verməsi üçün yazılar göndərir. Sürücünün bütün diqqəti xanımla aralarında mübahisəni aradan qaldırmasına yönəldiyi üçün o piyada keçidindən keçən gənc qızı gec görür.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində paytaxt ərazisində 850 yol qəzası baş verib. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Baş verən qəzaların 51%-i piyadaların vurulması ilə nəticələnib.
Məlumat üçün bildirək ki, sosial çarxın rejissoru Elvin Abdullayev, lahiyə rəhbəri isə İsmayılov İsmayıldır.
http://youtu.be/3RRLssZde6w
13.12.2014, 18:56
563
baxış
TURAN
Avtomobildə telefondan istifadə zamanı baş verə biləcək faciə - TƏSİRLİ VİDEO