secki namized

“Azərbaycanda bələdiyyə seçkilərində iştirak etmək üçün bu günədək 37100 nəfərdən çox namizədin qeydə alınıb”.

Bu barədə AzVision.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Məlumatda qeyd olunub ki, bu rəqəm dəfəki seçki ilə müqayisədə 7 min nəfər çoxdur:

Belə ki, ötən dəfə hər bələdiyyə üzvlüyünə orta hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb:

“Bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq böyükdür. Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Ümumiyyətlə, hazırlıq mərhələsi yüksək səviyyədə aparılıb və bütün seçki məntəqələri səsverməyə tam hazırdır”.

MSK-dan həmçinin bildirilib ki, bələdiyyə seçkilərində müşahidəçi statusu qismində iştirak etmək üçün Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət məktubu da göndərilib: “Builki seçkilərdə yerli müşahidəçilərin sayı 15 mini keçib”.

MSK-dan həmçinin bildirilib ki, səkkiz siyasi partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb:

“Ümumilikdə, namizədlər arasında 30 partiyanın təmsilçisi var;

Yeni Azərbaycan Partiyası (YAP)- 13 min 405 nəfər
Ana Vətən Partiyası- 159 nəfər
Vətəndaş Həmrəyliyi Partiyası- 105 nəfər
Azərbaycan Ümid Partiyası- 50 nəfər
Azərbaycan Sosial-Demokrat Partiyası- 21 nəfər
Milli Dirçəliş Hərəkatı Partiyası- 27 nəfər
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası- 55 nəfər
Böyük Quruluş Partiyası-86 nəfər nəfər qeydə alınıb.

Qeyd edək ki, bu il seçki təbliğatı və təşviqatı ilə bağlı 2837 yer müəyyənləşdirilib. Həmin yerlərdən 1436-sı qapalı, digərlərinin isə açıq məkanlardır.