Medianews.az
Kiyevdə yürüş, dövlət himni və mətbuat konfransındakı "Can Qarabağ..." - Videolar
316 baxış

Kiyevdə yürüş, dövlət himni və mətbuat konfransındakı "Can Qarabağ..." - Videolar

img1664136
"Dnepr"lə qarşılaşmada "Qarabağ"a dəstək vermək üçün Kiyəvə səfər etmiş Azərbaycan jurnalistləri oyunöncəsi "Olimpiyskiy" arenasına yürüş ediblər.
"AzerFax"ın Kiyevə ezam olunmuş aməkdaşının məlumatına görə, jurnalistlər yürüşdə "Qarabağ", "Azərbaycan" şüarları səsləndirib, dövlət himnimizi ifa ediblər. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında isə jurnalistlərimiz "Can Qarabağ" mahnısını ifa edərək tədbirə toplaşmış xarici ölkə təmsilçilərini təəccübləndiriblər. Azərbaycanlı jurnalistlərin qələbə sevinci Ukrayna telekanallarının da diqqətindən yayınmayıb.
Aksiya və mətbuat konfransından fraqmentlərin əks olunduğu videoları təqdim edirik:
Qeyd edək ki, jurnalistlərin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən dəstəklənib.
http://youtu.be/jQfNxAJlObI http://youtu.be/hnfd1ohenck http://youtu.be/ihWGh74t6tE http://youtu.be/23pnzylHosw

Bizə qoşulun