Medianews.az
Bakıda məmur qadın deputatın və generalın adından böyük məbləğdə pul yığıb - fırıldaq
306 baxış

Bakıda məmur qadın deputatın və generalın adından böyük məbləğdə pul yığıb - fırıldaq

img1650406

Dələduz qadının himayədarları quda olduğu deputat və doğma qardaşı olan generaldır – ölkə gündəmini silkələyəcək araşdırma yazı hazırlanır

Bir qrup vətəndaşlardan Musavat.com-a şikayət daxil olub. Aldadıldıqlarını bildirən zərərçəkənlər müxbirimizə deyib ki, tanınmış məmur qadın (şikayətçilərdən birinin xahişi, həm də əlavə yazının hazırlanması səbəbi ilə onun adını növbəti yazıda, bu məsələnin araşdırılmasına həsr olunan reportajda açıqlayacağıq – Red. ) onları aldadaraq, külli-miqdarda pullarını mənimsəyib: “O, cəmiyyətdə və öz qohumları arasında müsbət imici ilə tanınır. Önəmli və tanınan bir şəxsin də qudasıdır.

Pulları da qudasının və digər vəzifəli məmurların adı ilə alıb. O, həm də mənim doğma xalamdır. Bir il ərzində məndən və yaxın ətrafımızdan üst-üstə 392850 (üç yüz doxsan iki min səkkiz yüz əlli ) manat  alıb və onun çox cüzi hissəsini geri qaytarıb. Hazırda bizdən aldığı və geri qaytarmadığı pulların məbləğı 331 400 (üç yüz otuz bir min dörd yüz) manatdır. Çox pis vəziyyətdəyik. Xahiş edirik, bu mövzunu işıqlandırasınız....”
Zərərçəkənlər bildirir ki, məmur qadının himayədarlarından biri tanınmış deputat, digəri isə general rütbəsi daşıyan şəxsdir. Həmin deputat fırıldaqçı məmur qadının qudasıdır. General isə doğma qardaşıdır.  Əqrəbalardan birinin yaxın zamanlarda daha yüksək vəzifəyə təyinatı gözlənilir.
Musavat.com mövzu ilə bağlı faktları, gizli yazılmış audio və video sübutları əldə edib.  Yaxın günlərdə ölkə gündəmini günlərlə məşğul edəcək araşdırma ortaya qoyulacaq.
 

Bizə qoşulun