İŞİD-in Kobaniyə girməsindən sonra HDP (Xalqların Demokratik Partiyası) açıqlama verərək partiya üzvlərini küçələrə çıxmağa səslədi.
HDP-nin çağırışına CHP-dən də dəstək gəldi. Küçələrə axışan yüzlərlə insan İŞİD-ə etiraz bəhanəsiylə hər şeyi yandırıb, dağıtdılar.
Gecə Türkiyənin müxtəlif yerlərində hadisələr davam etdi. İstanbulda AKP-nin bürosu yandırıldı. Daha sonra isə Qazi məhəlləsində yolllar nəqliyyata bağlandı və polisə daş, molotof kokteyli atıldı. Yunus Emre məhəlləsində isə qaraja gedən 34 JY 5851 nömrə nişanlı atobus yandırıldı. Oxmeydanında isə toplanan bir qrup bir neçə avtomobil yandırdıqdan sonra, TOMA-lara hücum etməyə başladılar. Esenyurtta isə toplanan gənclər banklara hücum etdikdən sonra ərazidə olan yanacaqdoldurma məntəqəsini yandırmağa cəhd etdilər.
Bizimyol.info