Medianews.az
Daha bir nəfər Ziya Məmmədovun "qoçularının" qurbanı olub
253 baxış

Daha bir nəfər Ziya Məmmədovun "qoçularının" qurbanı olub

ziya memmedov yeni Bu yaxınlarda daha bir vətəndaş Nəqliyyat Nazirliyi "qoçuları"nın qurbanı olub. Mahmudov Xanların Etatist.com-a ünvanladığı şikayət məktubunda bildirilir ki, ötən ayın 13-də NN-in işçiləri onun avtomobilindən 295 AZN pul, avtomobilin və özünün sənədlərini götürərək "yoxa çıxıblar". X.Mahmudov qeyd edib ki, hadisə Qala qəsəbəsində olub: Nəqliyyat Nazirliyinin işçiləri seria nömrəsi 340 olan "Daewoo Nexia” avtomobili ilə məni saxladı. Heç bir sənəd istəmədən 60 manat pul tələb etdilər. Təbii ki, mən o pulu durduq yerdə vermək istəmədim. Bundan sonra biri avtomobilin çölündən əl-qolumu tutdu, o biri isə maşının içinə girib 295 manat pulumu, maşının açarını, sonra isə köynəyimin cibini cıraraq şəxsiyyət vəsiqəmi və maşının sənədlərini götürdü. Axırda çöldən əl-qolumu tutan şəxs yumruqla avtomobilin güzgüsünü sındırdı və hər ikisi öz avtomobillərinə oturub qaçdılar. Hadisədən dərhal sonra Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinə şikayət ərizəsi yazdım. Onlar isə Xəzər Rayon Prokurorluğuna yönləndirdilər. Oktyabr ayının 3-də Nəqliyyat Nazirliyinin Binəqədi rayonunda yerləşən ekspedisiya şöbəsinin müdiri Emin müəllimin yanında oldum. O, kimliyimi və avtomobilimin texniki pasportunun onda olduğunu desə də, pulumun və avtomobilimin açarının onlarda olmasını dandı. Hal-hazırda işə Xəzər Rayon Prokurorluğu baxır...”.

Bizə qoşulun