Medianews.az
Ramin Hacılı və Aysel Əlizadə toy günlərini təyin etdilər - 9 oktyabr
1,301 baxış

Ramin Hacılı və Aysel Əlizadə toy günlərini təyin etdilər - 9 oktyabr

img1640501
İctimai-siyasi fəal Ramin Hacılı və şairə-publisist Aysel Əlizadə münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər. Gənclər toy günlərini də təyin ediblər - 9 oktyabr.
Cəmiyyətdə yenilikçi kimi tanınan cütlük toy mərasimlərini yeni üslubda keçirmək niyyətindədirlər. Bunu onların özlərinə yaxın şəxslərə göndərdikləri dəvətnamənin mətnindən də görmək olar. R.Hacılı qonaqlara aşağıdakı məzmunda dəvət göndərib:
Əziz dost! Sizi 09 oktyabr 2014-cü il, saat 19:00-da Bakı Əyləncə Mərkəzində (BƏM) keçiriləcək, Aysel Əlizadə ilə düyün  mərasimimizdə görməkdən məmnun olardıq.
Düyünün ssenarisinə görə, qapıda bəy və gəlin tərəfindən qarşılanacqsınız və orkestr müşayəti ilə zala daxil olacaqsız.
Toyda bütün iştirakçılara hədiyyələr təqdim olunacağı üçün gəlib – gəlməyəcəyiniz barəsində dəqiq məlumat verməyinizi rica edirəm".
Qeyd edək ki, toy mərasimi Bakı Əyləncə Mərkəzində keçiriləcək. 

Bizə qoşulun