Medianews.az
Poroşenko Timoşenkonun kadrını işdən qovdu
206 baxış

Poroşenko Timoşenkonun kadrını işdən qovdu

img1635525
Ukrayna prezidenti Petro Poroşenko Luqank vilayətinin dövlət administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən İrina Veriginanın işdən çıxarılması barədə fərman imzalayıb. Musavat.com xəbər verir ki, fərmanın mətni Ukrayna prezidentinin saytında yerləşdirilib.
İrina Verigina bu ilin mayında Luqansk administrasiyasının rəhbəri vəzifəsində Mixail Bolotskixi əvəzləmişdi.
Xanım ictimai xadim Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun partiyasını təmsil edir. O, “Batkivşina” partiyasının Luqansk vilayəti şöbəsinin sədridir.
Musavat.com

Bizə qoşulun