Medianews.az
Roma papası: "Artıq 3-cü dünya müharibəsi gedir"
255 baxış

Roma papası: "Artıq 3-cü dünya müharibəsi gedir"

63819_res_01 Roma papası Fransis bəşəriyyəti “cinayətlər, qətliam və dağıntılardan ibarət, tədrici” kimi səciyyələndirdiyi, onun təbirincə, baş alıb gedən “üçüncü dünya müharibəsi” qarçısında süstlükdən azad olmağa çağırıb. İtaliyada hərbi məzarlıqda I dünya müharibəsinin başlanmasına həsr olunmuş mərasimində çıxış edən Roma papası indiki müharibənin irrasional, onun səbəblərinin isə tamahkarlıq, dözülməzlik, silah satmaq meyli və hakimiyyətə yiyələnmək arzusu olduğunu deyib. “Müharibə ağılsızlıqdır” - papa Fransis Mussolininin hakimiyyəti zamanı ucaldılan I dünya müharibəsi qurbanları monumentinin önündə bəyan edib. Sloveniya sərhədi yaxınlığında Redipuglia qəbiristanlığında I dünya müharibəsində həlak olmuş 100 min italyan əsgərinin cənazəsi basdırılıb. Roma papasını dinləmək üçün minlərlə insan, o cümlədən müxtəlif müharibə veteranları gəlib. Ukrayna və Yaxın Şərq münaqişələri fonunda Roma papası tez-tez sülh çağırışları ilə çıxış edir. İtaliya Müdafiə Nazirliyinin nümayəndəsi papa Fransisə onun babasının şəxsi işini verib. BBC müxbiri David Uilley bildirir ki, I dünya müharibəsinə həsr olunmuş mərasimdə iştirak etməyi Roma papası Fransis üçün dərin şəxsi məna daşıyır. Papanın babası Covanni Karlo Bergoglio İtaliya ordusunun tərkibində döyüşüb və 1917-1918-ci illərdə Avstriya-Macarıstan qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Müharibədən sonra Covanni Karlo Bergoglio Argentinaya mühacirət edib.

Bizə qoşulun