Medianews.az
Qadın beyin əməliyyatı zamanı skripkada ifa edib ... (video)
449 baxış

Qadın beyin əməliyyatı zamanı skripkada ifa edib ... (video)

скрипачка O, yenidən tamaşaçılar qarşısında çıxış etmək arzusunda idi. Tremordan (əllərin titrəməsi) 20 il əziyyət çəkən, litvalı skripka ifaçısı Naomi Elişuv, İsrail xəstəxanalarının birində uğurlu əməliyyat keçirib. Oxu.Az “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, cərrahların qadına elektrostimullaşdırıcı implant yerləşdirdikləri vaxt o, özündə olub və skripkada Mosart və Çaykovskinin əsərlərini ifa edib. “Stimullaşdırıcının yerləşdirilməsi üçün bizə xəstənin fəal yardımı lazım idi, ona görə də ondan skripkada ifa etməyi xahiş etdik. Elektrodu aktivləşdirdiyimiz zaman, Elişuv həvəslə Mosartı ifa etməyə başladı, amma artıq tremor olmadan”, - aparıcı neyrocərrah İshak Fridin bu sözləriniNewsru.com. sitat gətirib. Qeyd edildiyi kimi qeyri-adi əməliyyat çəkilərək YouTube-a yerləşdirilib. Çarxın əvvəlində xəstə əməliyyatdan bir gün öncə skripkada ifa edərkən göstərilir, onun əllərinin əsməsi aşkar görünür. Sonra isə qadın artıq əməliyyat edən həkimlərin fonunda skripkada ifa edir. İfanın əvvəlində onun əlləri əvvəlki kimi əsir, elektrod yerləşdirildikdən sonra hərəkətlər normallaşır. Həkimlər ümid edirlər ki, əvvəllər Litva milli simfonik orkestrində çalışan Elişuv, yenidən tamaşaçılar qarşısında çıxış edə biləcək.

Bizə qoşulun