Medianews.az
Mobil telefonda coğrafi-siyasi səhv: “Ağstafa, Ermənistan...”
236 baxış

Mobil telefonda coğrafi-siyasi səhv: “Ağstafa, Ermənistan...”

DSC_1196 Rabitə Nazirliyi məsələyə aydınlıq gətirdi. Azərbaycan ərazisi olmasına baxmayaraq Tovuz, Ağstafa və s. ətraf rayonların ərazisindən keçərkən mobil telefonunuza baxsanız orada bu yerlərin Ermənistan olaraq göstərildiyinin şahidi olacaqsınız. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov açıqlamasında məsələdən xəbərdar olduqlarını və problemin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirdiklərini söyləyib: “Bəli, belə vəziyyət var, eyni vəziyyət Ermənistan ərazisində də təkrarlanır. Səbəb sözügedən rayonların sərhəddə yerləşməsidir. Ermənistanla birbaşa əlaqələrimiz olmadığından beynəlxalq təşkilatlara, Telekommunikasiya İttifaqına, rouminq üzrə beynəlxalq təşkilata müraciət etmişik. Ümid edirik ki, yaxın zamanlarda problem öz həllini tapacaq. Bu, sırf yaxın ərazi olması səbəbindən baş verir”. Modern.az DSC_1196

Bizə qoşulun