Medianews.az
Bakıda 22 yaşlı fəhlə  binadan yıxılıb öldü
308 baxış

Bakıda 22 yaşlı fəhlə binadan yıxılıb öldü

58161 Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Xətai Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nobel prospektində çoxmərtəbəli bina tikintisi zamanı "Elbay" MMC-nin əməkdaşlarından biri hündürlükdən yıxılıb. Şirkətdə fəhlə kimi çalışan Şabran rayon sakini, 22 yaşlı Gülliyev Dilqəm Yaşar oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Bizə qoşulun