Medianews.az
Bakıda mağazaya girib atəş açdılar
328 baxış

Bakıda mağazaya girib atəş açdılar

images_1 tapanca da
Bakıda xuliqanlıq etmiş iki nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.
RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulub. C.Cəbrayılzadədən “Umarex” markalı qaz tapançası götürülüb.
Araşdırmalar davam etdirilir.

Bizə qoşulun