Medianews.az
18 Avqust 2014
254 baxış

18 Avqust 2014

QOÇ -(Mart 21- Aprel20)
İşgüzar sövdələşmələr, pulla bağlı danışıqlar üçün münasib gün olmadığından bu kimi məsələləri təxirə salın. İndi sizə hər şeydən əvvəl orqanizminizi, xüsusən də əsəblərinizi qorumaq lazımdır.
BUĞA - (Aprel 21 – May 20)
Səhhətinizdə passivlik hökm sürdüyündən dincəlməyiniz daha məqsədəuyğundur. Ağır fiziki işlərdən, səfərə çıxmaqdan yayının. Axşamsa sevdiyiniz adamlarla təmiz havada gəzinməyə çalışın.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Şəxsi büdcənizdə artım olacağı gözlənilir. Deməli, ev şəraitində az olmağınız lazım gələcək. Sizə ehtiyac duyanları sevindirməyə çalışın. Texniki avadanlıqlarla ehtiyatlı olun.
XƏRÇƏNG – -(İyun 22 – İyul 22)
Bürcünüzdəki planetar quruluş maddi dirçəlişdən xəbər verir. Ola bilsin ki, sizə borclu olanlarla rastlaşasınız. Saat 19-21 arası xoş bir təsadüflə rastlaşma ehtimalınız da var.
ŞİR - (İyul 23 – Avqust 23)
Nəhayət ki, qarşınızda duran bu tarixi ürəyiniz istəyən tərzdə keçirə biləcəksiniz. Ətrafınızda baş verən bütün olaylar ruh yüksəkliyinizə səbəb olacaq. Qazanmaq ehtimalınız da var.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Müəyyən gərginlik müşahidə olunsa da, özünüzü ələ almaqla gözlənilən neqativliyi dəf edə bilərsiniz. Yaxşı olar ki, bu təqvimdə işlə bağlı heç bir danışıq və sövdələşmədə iştirak etməyəsiniz.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
Darıxdırıcı məqamlarınız artıq arxada qalmaqdadır. Ruh düşkünlüyünə son qoyun. Çünki ulduzlar bu gündən başlayaraq taleyinizə müsbət məqamlar paylayacaq. Axşam maraqlı görüşləriniz mümkündür.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Hiss olunur ki, qarşıdakı həftə üçün böyük bir sınaq meydanına çəkiləcəksiniz. Elə isə bəri başdan buna hazır olun. Dualar oxuyun, ziyarət edin və Tanrının varlığını başınız üstündə hiss edin.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Yaxşı olar ki, saat 16-ya qədər vaxtınızı ev şəraitində keçirəsiniz. Əks təqdirdə əsəbi situasiyalarla üzləşəcəksiniz. Sonrakı müddətdə isə maraqlı adamlarla rastlaşacaqsınız.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Qarşınızda əlamətdar bir təqvim durur. Vaxtınızın əsas hissəsini əyləncə və qonaqlıqlara həsr etməklə səmərəli anlar yaşaya bilərsiniz. İmkan daxilində səfərə də çıxmaq olar.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Ailə-sevgi münasibətlərində uğurlarınız gözlənilir. Bütün umu-küsüləri bir kənara atın. Taleyinizdə dönüş yarandığı indiki məqamda yalnız əzmkarlığınızı artırmalısınız.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Ayın sonuna qədər nəzərdə tutduğunuz işləri reallaşdırmaq istəyirsinizsə, bu təqvimdən səmərəli şəkildə yararlanın. Gün ərzində mühüm şəxslərlə sövdələşmələr aparın.

Bizə qoşulun