Bakının Binəqədi rayonunda klinikada yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən “Laçın” klinikasında qeydə alınıb.
Elektrik sayğacında meydana gələn yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində klinikaya ciddi ziyan dəyməyib.
