9 avqust 1992-ci il təvəllüdlü Şirvan sakini Qasımov Məhərrəm Fəhmül oğlu 4 gündür yoxa çıxıb.
İtkin düşmüş Məhərrəmin qardaşı Məhəbbət Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, qardaşının ad günündən bəri ondan xəbər ala bilmirlər.
"9 avqustda ad günü idi. Zəng vurub təbrik etdim, harada olduğunu soruşdum. "Çöldəyəm" dedi. O gündən bu yana qardaşımdan xəbər yoxdu. Nə telefonuna zəng çatır, nə də evə gəlməyib. Çox narahatıq. Hər yeri axtarırıq, tapa bilmirik. Heç kimdən şübhələnmirik. Biz sakit ailəyik, düşməni yoxdu. " - deyə Məhəbbət bildirir.
Məhəbbətin sözlərinə görə Bakıda işləyən Məhərrəm Nərimanov rayonunda yaşayan bacısı Qasımova Jalənin yanında qalıb. 10 gün bundan qabaq isə işdən ayrılıb.
Yaxınları Məhərrəm Qasımovun itkin düşməsilə bağlı Şirvan rayon Polis İdarəsinə, Bakı şəhəri Nərimanov rayonu 17-ci Polis Bölməsinə müraciət ediblər.
Axtarılan bu gənc haqqında məlumatı olanlar bu mobil nömrələri ilə əlaqə saxlaya bilərlər: 055 853 35 58, 050 306 29 73