Dünən gecə Ağdamın Mirəşelli kəndi istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun əsgərləri yaralanıb. Bu barədə musavat.com-a hazırda cəbhə xəttində olan əməkdaşımız xəbər verib.
Onun sözlərinə görə, təcili tibb yardım maşınları yaralıları Mirəşəlli qəbristanlığının yaxınlından götürərək Sarıcalı kəndində yerləşən hospitala aparıblar.
Əməkdaşımız öyrənib ki, yaralılar dünən gecə başlayan atışma zamanı güllə yarası alıblar. Ancaq erməni snayperləri onların vaxtında əməliyyat yerindən götürülməsinə imkan verməyiblər. Bu üzdən yaralıların sağ olub-olmaması, yaralarının ağırlıq dərəcəsi bilinmir.
Musavat.com