Medianews.az
“Qarabağ”dan möhtəşəm qələbə (VİDEO)
1,293 baxış

“Qarabağ”dan möhtəşəm qələbə (VİDEO)

4584ef6db010Növbəti mərhələdə komandımızın rəqibi Avstriyanın “Zaltsburq” klubu olacaq. Bu gün futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” futbolçuları “Valletta”nı 4-0 hesabı ilə udaraq növbəti mərhələyə vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, hesabı oyunun 15-ci dəqiqəsində Reynaldo açdı. 48-ci dəqiqədə Çumbinyo ikinci topu maltalıların qapısından keçirdi, 8 dəqiqə sonra isə Danilo Leandro Dias hesab arasındakı fərqi 3 topa çatdırdı. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Leroy George qoydu. “Qarabağ” 4:0 “Valetta”. Beləliklə ilk oyunda da 1:0 hesabı ilə qələbə qazanan “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə adlayıb. Qeyd edək ki, bu mərhələdə komandımızın rəqibi Avstriyanın “Zaltsburq” klubu olacaq.

Bizə qoşulun