QOÇ -
( Mart 21 – Aprel 20 )
( Mart 21 – Aprel 20 )Ağır fiziki işlərə bir qədər ara verməyiniz tələb olunur. Əks təqdirdə səhhətinizdə mənfi fəsadlar baş qaldıra bilər. Nahardan sonra şəxsi büdcənizi artırmaq üçün imkanlar qazanacaqsınız.
BUĞA -
(Aprel 21 – May 20)
(Aprel 21 – May 20)İstirahət haqqında düşünməyin. Çünki indiki məqamda bütün perspektivləriniz aktivliyinizdən asılıdır. Qarşıdakı həftədə görəcəyiniz işləri indidən planlaşdırın. Maraqlı görüşlər də labüddür.
ƏKİZLƏR -
(May 21- İyun 21)
(May 21- İyun 21) İxtiyarınızda olan bu təqvim sizin üçün o qədər də rəngarəng keçməyəcək. Yaxın olduğunuz şəxslərlə münaqişəniz gözlənilir. Fəaliyyətdə də xoşagəlməzliklər mümkündür. Odur ki, tədbirli olun.
XƏRÇƏNG -
-(İyun 22 – İyul 22)
-(İyun 22 – İyul 22)Hər mənada əhəmiyyətli gündür. Bir tərəfdən çoxdan görmədiyiniz adamlarla rastlaşmağınız, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə rəvan davranışlar sizə rahatlıq bəxş edəcək.
ŞİR -
(İyul 23 – Avqust 23)
(İyul 23 – Avqust 23)Əksər sahələrdə sevindirici hadisələrlə rastlaşma ehtimalınız var. Lakin bu, maliyyə məsələləri ilə bağlı olmayacaq. Hər halda ovqatınıza mənfi təsir göstərən amil gözlənilmir.
QIZ -
(Avqust 24 – Sentyabr 23)
(Avqust 24 – Sentyabr 23)Bəzi cəhdləriniz uğursuzluqla nəticələnsə də, buna görə qəmlənməyə dəyməz. Çünki Göy qübbəsi nahardan sonra sizə gözlənilməz sevinc bəxş edəcək. İşdə uğurlarınız da mümkündür.
TƏRƏZİ -
(Sentyabr 24 – Oktyabr 23)
(Sentyabr 24 – Oktyabr 23)Əsas enerjinizi sevgi münasibətlərinə yönəldin. Çünki yeganə uğurunuz bu sahə ilə bağlı olacaq. Fəaliyyət zəminində isə hansısa irəliləyişi gözləməyə dəyməz. Yalan danışmayın.
ƏQRƏB -
(Oktyabr 24 – Noyabr 22)
(Oktyabr 24 – Noyabr 22)Astroloji göstəricilər saat 18-ə qədər uğurlu məqamlar yaşayacağınızı bəyan edir. Sonrakı müddəti isə neytral şəkildə başa vurun. Bu gün varlanma ehtimalınız böyükdür.
OXATAN -
(Noyabr 23 – Dekabr 21)
(Noyabr 23 – Dekabr 21)Qarşınızda böyük perspektivlər durur. Hansı addım atacağınızdan asılı olan gələcək situasiyalar məsuliyyət hissinizi də artırmalıdır. Ağlınız kəsməyən işlərə ciddi yanaşmayın.
OĞLAQ -
(Dekabr 22 – Yanvar 20)
(Dekabr 22 – Yanvar 20)Ciddi sınaqlarla baş-başa qaldığınızı nəzərə alan ulduzlar hər hansı riskin yolverilməz olduğunu vurğulayır. Qərar çıxararkən mövcud vəziyyəti və imkanlarınızı gözönünə gətirin.
SUTÖKƏN -
(Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)Bu gün sizə mütləq kimsə kənardan dəstək verməlidir. Yoxsa passivliyiniz aradan qalxmayacaq. Pulla bağlı problemlərinizin həllinə çalışın. İctimai yerlərdə az görünün.
BALIQLAR -
(Fevral 20 – Mart 20)
(Fevral 20 – Mart 20)Yaxşı olar ki, ağır fiziki işlərə ara verəsiniz. Əsas gücünüzü diplomatik görüşlərə həsr edin. Mənfi enerjili Ay bu gün sizin bürcdə qərar tutduğu üçün daha diqqətli olun, xüsusən də səhhətlə bağlı.