Şimali Koreyanın gənc diktatoru Kim Çen İr axsaq imiş. Dünya bu həqiqətdən bu günlərdə xəbər tutub. Babasının, ŞKXDR-in qurucusu Kim İr Senin ölümünün 20-ci ildönümündən hazırlanmış videosüjetdə onun rəyasətdəki yerinə axsaya-axsaya gəldiyi görünür.
Qeyd edək ki, sərt diktatura ölkələrində liderlərin fiziki qüsurlarının xalqdan gizlədilməsi ənənəsi var. Bir vaxtlar SSRİ rəhbəri Mixail Qorbaçovun başındakı - Ermənistanın xəritəsinə oxçayan xal da xalqdan gizlədilirdi. Kremlin teleoperatorları çıxış edən, nitq söyləyən Qorbaçovu elə rakursdan çəkirdilər ki, həmin xal-xəritə görünmürdü. Sonradan o, aşkarlıq siyasətinə elə başındakı xalı xalqa aşkarlamaqdan başladı.
Özlüyündə bu məsələdə qəbahət bir şey yoxdur. Ancaq axsamasını göstərən kadrlar Koreya xalqına və dünya ictimaiyyətinə diktator Kim Çen Inın iradəsi ilə təqdim olunubsa, heç, yox əgər bu, ondan xəbərsiz edilibsə, onda şübhəsizdir ki, bu işdə rolu olan birinci, ikinci, hətta beşinci dərəcəli adamlar da güllələnəcəklər.
N.Asifli