Medianews.az
Səməd Səmədov əfsanəvi sənətkarımızı təhqir etdi (Video)
613 baxış

Səməd Səmədov əfsanəvi sənətkarımızı təhqir etdi (Video)

75408 Xalq artisti Səməd Səmədov “Space”in efirində yayımlanan “Hər bir havada” verilişində əfsanəvi tarzən Qurban Pirimovu təhqir edib. 

Hər zaman “maraqlı” açıqlamaları ilə gündəmə gələn xalq artisti bu dəfə “Qurban Pirimov kimdir” sualına əcaib cavab verib: “Söndürün kameranı. Mənim dörd dənə itim var. Hərdən onların da adı yadımdan çıxır”.

Qeyd edək ki, bu, S.Səmədovla bağlı ilk belə hadisə deyil.  O, bundan öncə Azərbaycanın dövlət himninin müəlliflərini tanımamağı ilə gündəmə gəlmişdi.

Aznews.az

Bizə qoşulun