Medianews.az
Argentina 1/4 finalda (VİDEO)
451 baxış

Argentina 1/4 finalda (VİDEO)

arjantin

Bu gün keçiriləcək iki oyundan biri Argentina-İsveçrə qarşılanması sona çatdı.

AzVision.az məlumatına görə, Argentina oyunun 118-ci dəqiqəsində vurduğu qolla 1/4 finala çıxıb.

Məlumat üçün bildirək ki, Bakı vaxtı ilə saat 21:00-da meydana Argentina və İsveçrə yığmaları çıxıb. Uzun mübarizəyə baxmayaraq, əsas vaxtda heç bir yığmanın qapısından top keçməyib. Lakin əlavə verilən vaxtda, daha dəqiq desək maçın 118-ci dəqiqədə Lionel Messinin ötürməsi ilə Anxel di Maria rəqib qapısından qol keçirib. Bildirək ki, Bakı vaxtı ilə 01:00-da 1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gələcək. Bu komandalardan hansı qalib gələrsə, Argentina ilə üz-üzə gələcək. Xatırladaq ki, artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya - Kolumbiya, Hollandiya - Kosta-Rika və Fransa - Almaniya görüşləri keçiriləcək.

Bizə qoşulun