Medianews.az
Bakıda maskalı şəxslərin gecə hücumu...
277 baxış

Bakıda maskalı şəxslərin gecə hücumu...

загруженное
Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, basqın edəb şəxslər maskalı olublar.
Hadisə Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. 
Yanacaqdoldurma məntəqəsinə daxil olan 4 nəfər naməlum şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu hədələyiblər. Daha sonra onlar seyfdə olan 5000 manat pulu oğurlayıblar.
Faktla bağlı araşdırmalar aparılır.

Bizə qoşulun