Medianews.az
60 milyardlıq anlaşma və sahibsiz qalan Mosul
209 baxış

60 milyardlıq anlaşma və sahibsiz qalan Mosul

mosul_houses AKP hökumətinin İŞİD-ə qarşı addımlar atmamasının pərdəarxası məqamları.
Qaynar.infonun məlumatına görə, artıq bir müddətdir ki, İraqda İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının şəhərləri ələ keçirdiyi və yeni dövlət qurmaq üçün ilkin addımlar atdığına dair proseslər cərəyan edir. Bölgə üçün təhlükəli hesab və arxasında maraqlı qüvvələrin olduğu bu proseslərin heç də yaxşı nəticə vəd etmədiyi də politoloqlar tərəfindən açıq vurğulanır.

Bu məsələdə diqqəti çəkən ən başlıca amil Türkiyənin sərgilədiyi mövqedir. Belə ki, Ankara daima Mosul-Kərkük deyərək orada yaşayan türkmənlərin himayəçisi olduğunu bəyan edirdi. Ancaq İŞİD-in ilk hədəfi elə Mosul oldu və bu şəhər qısa müddətdə terrorçuların əlinə keçdi. Hazırda Mosulda türkmənlərin total şəkildə qətliamlara məruz qaldığına dair xəbərlər yayılır. Lakin bütün bunlara rəğmən, Türkiyə hökuməti nə bir addım atır, nə də səsini çıxarır.

Nə baş verir? Ankaranın Mosul və Kərkükü demək olar ki, öz torpaqları hesab etməsinə rəğmən, İŞİD-in qarşısından “qaçması” AKP hökuməti tərəfindən müxtəlif şəkildə yozumlanır. Məsələn, dolayısı ilə Türkiyə hökuməti bəyan edir ki, İŞİD-ə qarşı hərəkətsizliyi ölkənin özü üçün təhlükənin qarşısını almaq məqsədi güdür. Hətta o da deyilir ki, Ankara Mosul və Kərkükdəki türkmənləri müdafiəsiz buraxmaqla, gələcəkdə gözlənilən təhlükəni dəf etmək niyyətindədir.

Əslində isə faktiki durumun arxasında heç də deyilənlər deyil, məhz külli miqdarda maliyyə vəsitinin və iqtisasi amilin dayandığı iddia olunur. Bir müddət əvvəl belə bir xəbər dövriyyəyə buraxılmışdı ki, guya, İŞİD Türkiyəyə susması müqabilində milyardlarla lirə pul verib.
Bunun dezinformasiya olduğu aydın idi və belə bir halın baş verməsi mümkünsüz görünürdü. Çünki qeyd olunan rəqəm Türkiyə iqtisadiyyatı üçün elə də böyük məbləğ sayılmır və Ankaranın belə ucuz bazarlığa gedə biləcəyi də real hesab olunan deyildi. Lakin bütün hallarda ortada pul məsələsi var və bunun böyük rəqəmlərlə ifadə edildiyi hələ xeyli əvvəldən məlum idi.

Xatırladaq ki, AKP hakimiyyətə gəldikdən sonra ərəb dövlətlərinə açılım etmişdi. Bir neçə il bundan əvvələ təsadüf edən prosesin əyani göstəricisi isə Səudiyyə Ərəbistanı kralı və onunla bərabər onlarla ərəb şeyxinin Türkiyə səfəriydi. Həmin vaxt türk mətbuatında belə bir məlumat yer almışdı ki, ərəb şeyxləri Ankaraya gələrkən, özləri ilə nağd şəkildə 5 milyard dollar pul gətiriblər. Təbii ki, bu pul rüşvət verilmək üçün deyildi. Sadəcə, həmin dönəmdə dünya iqtisadi böhranı yaşanırdı və ərəblər də pullarını etibarlı ölkə olaraq Türkiyədə saxlamaq niyyətinə düşmüşdülər.

Amma bu pulun təkcə 5 milyard dollarla ifadə edilmədiyi bir qədər sonra üzə çıxdı. Məlum oldu ki, ərəblər türklərlə anlaşaraq, onlarla əməkdaşlıq etməyə razılaşıblar. Bu razılaşmaya əsasən ərəb şeyxləri Türkiyənin yerli banklarında 60 milyard dollar saxlamaq qərarını veriblər. Qısa müddət sonra isə bu «isti pullar» Türkiyə iqtisadiyyatında özünü göstərməyə başladı.
Ancaq yerli iqtisadçılar hökuməti anındaca xəbərdar etdilər ki, ərəb pullarının 60 milyard dollardan artıq hissəsini qəbul etməsin. Onların proqnozu bu idi ki, əgər Türkiyə iqtisadiyyatı bundan artıq «isti pulu» qəbul edərsə, ölkəni dəhşətli maliyyə böhranı haqlaya bilər. AKP hökumətinə əsaslaqdırılmış hesabat təqdim edən iqtisadçıların rəyi nəzərə alınaraq, ərəb şeyxlərin pulları ondan sonra qəbul edilmədi. Halbuki Səudiyyə Krallığı İsveçrə banklarında olan 300 milyard dollara yaxın pulunu məhz Türkiyə banklarına transfer etməyə hazırlaşırdı.

Türkiyənin Mosulu İŞİD-dən müdafiə etməməsinin sirri də elə bunda axtarılır. Maraqlıdır ki, türk ekspertlərin bununla bağlı ilginc yanaşmaları mövcuddur. Məsələn, onlar deyirlər ki, İŞİD İraqda işğallara başladıqdan sonra Türkiyə təhlükənin qapıda olduğunu görərək, bəzi addımlar atmaq istəyib. Lakin ərəb şeyxlərindən gələn xəbərdarlıqdan sonra geri çəkilməli olublar.
Belə ki, ərəblər Türkiyə banklarındakı 60 milyard dolları geri çəkəcəklərini Ankarının diqqətinə çatdırıblar ki, bu da onların maraqlarının tam ziddinədir. Çünki həmin pul bir gündə geri çəkilərsə, Türkiyə iqtisadiyyatı ən ağır zərbəni almış olar. Məhz buna görə də Ərdoğan hökumətinin Mosul-Kərkük olaylarına görə, susqun dayandıqları iddia edilir.

AzNews.az 

Bizə qoşulun