Medianews.az
22 İyun 2014
183 baxış

22 İyun 2014

QOÇ -
Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Ailə zəminində mehribançılığı tənzimləyin! Müştərək fəaliyyətə başlamaq üçün uğurlu vaxtdır.
BUĞA -buga(Aprel 21 – May 20)
Əgər gələn həftəni səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gündən ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Nəzərə alın ki, Ay bürcünüzdədir.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Saat 13-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracaqsınız. Doğmalarınızla mübahisə etməyin. Şəxsi büdcənizdə artım da gözlənilir.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik səyahətlər, maraqlı qonaqlıqlar bəxş edəcək.
ŞİR - (İyul 23 – Avqust 23)
İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Günün ikinci yarısında hər mənada ehtiyatlı olun.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.
TƏRƏZİ -terezi(Sentyabr 24 – Oktyabr 23)
Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaq. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Uzaq yola çıxmayın.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Ümumiyyətlə, düşərli ərəfədir. Günün ikinci yarısı qonaq getmək, səfərə çıxmaq olar.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Hətta pul da mümkündür.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hansısa məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

Bizə qoşulun