Medianews.az
Bakıda Somaliyə görə intihara cəhd edən qızın xilası anbaan (VİDEO)
492 baxış

Bakıda Somaliyə görə intihara cəhd edən qızın xilası anbaan (VİDEO)

img1593819
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakda tələbə qızın intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Musavat.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.
Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilin eyvanından aşağı atmaq niyyətindədir.
Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.
İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.
Xilasetmə əməliyyatı saat 11:03-də başa çatıb.

Bizə qoşulun