Medianews.az
DİN və MTN-dən əməliyyat: 20 vəhabi həbs olundu - Foto
907 baxış

DİN və MTN-dən əməliyyat: 20 vəhabi həbs olundu - Foto

axar.az14032598133

Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan camedə əməliyyat keçirib.

"Musavat.com" hadisə yerində olan əməkdaşı Fərahim İlqaroğluna istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə gedən yolu bağlayıblar: “Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.

Onun sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat İŞİD-lə bağlıdır: “Ərazidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.

"Musavat.com"un əməkdaşı bildirib ki, Səbail Rayon Polis İdarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən "tədbir”lə əlaqələndiriblər.

***

DİN və MTN-nin Badamdar qəsəbəsində vəhabilərə qarşı əməliyyat keçirdiyinə dair də məlumat yayılıb. "Aznevs.az"ın xəbərinə görə, saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İlkin xəbərə əsasən, əməliyyat zamanı radikal vəhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb.

- See more at: http://axar.az/news/21655#ad-image-0

Bizə qoşulun