Bosniyalılar yalnız bir topun əvəzini çıxa bildilər.
Rio-de-Jeneyronun məşhur “Marakana“ stadionunda “F“ qrupunun ilk oynunda Arqentina yığması Bosniya Hersoqovina ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, oyun çox sürətli, qarşılıqlı hücumlar şəraitində keçdi.
3-cü dəqiqədə Seyad Kolaşinaç Messinin yerinə yetirdiyi cərimə zərbəsindən sonra topu öz qapısına vurdu. Erkən qol buraxdıqdan sonra bosniyalılar yavaş-yavaş özlərinə gəlməyə başladılar. Bir neçə uzaqdan zərbə, lakin arqentinalı qapıçı inamla durmuşdur.
İkinci hissəyə avropalılar daha yaxşı başladılar. Qol vurmaq üçün bir neçə yaxşı imkan əldə edtilər. Lakin zərbələr dəqiq deyildi.
65-ci dəqiqədə isə Lionel Messi öz məharətini göstərdi. O, özü başladığı hücumu özü də effektiv zərbə ilə bitirdi. Top dirəyə dəyərək tora daxil oldu, 2:0.
Bosniyalılar isə yalnız bir qolun əvəzini çıxdılar. Oyuna sonradan daxil olmuş Vedan İbişeviç 84-cü dəqiqədə hesab arasında fərqi azaltdı. Lakin bundan artığına onların həm gücü, həm də vaxtı çatmadı.
Arqentina 2:1 hesabı ilə qələbə qazandı və ilk 3 xalı qazandı.
16.06.2014, 09:12
900
baxış
TURAN
Messinin qolu Arqentinaya qələbə qazandırdı - VİDEO