Medianews.az
Bu qız Obamanı qorxutdu (VİDEO)
1,705 baxış

Bu qız Obamanı qorxutdu (VİDEO)

66631 Ağ Evdə Basketbol üzrə çempionluğunu qeyd edən komandanın üzvlərindən biri gözlənilmədən hamının diqqətini çəkib. ANS PRESS-in məlumatına görə, ABŞ-da universitetlər arasında keçirilən "NCAA" basketbol liqasında qələbə əldə edən Konnektikut universitetinin qadın yığma komandası Ağ Evdə prezident Barak Obama ilə görüşüb. Görüşdə maraqlı anlar yaşanıb. ABŞ prezidenti Obama komandanın məşqçisini təbrik edərkən, bir anda arxadakı qızlardan biri müvazinətini itirərək platformadan düşüb. Obama dərhal komandanın ulduz oyunçusu olan Stefani Dolsona kömək etməyə çalışıb. Yaşanılan həmin an ətrafdakıların gülüşünə səbəb olub. Daha sonra isə Stefani komanda yoldaşlarının yanına qayıdaraq ümumi xatirə şəkli çəkdirib.  

Bizə qoşulun