Medianews.az
Daha bir körpə ölümü – Həkim terroru davam edir
664 baxış

Daha bir körpə ölümü – Həkim terroru davam edir

doqulan-usaq-hekim-olufd Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb. AzNews.az-ın məlumatına görə Şamaxı rayon sakini Ziyafət Həsənova rayon mərkəzi xəstəxanasında iyunun 8-də oğlan uşağı dünyaya gətirib. Əvvəlcə hər şeyin normal olduğu bildirilsə də, bir neçə saatdan sonra uşaq xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Abdulrzaqova tərəfindən Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərilib. Həkimlərin səyinə baxmayaraq, ağır durumda gətirilən körpənin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin dəhşətli təfərrüatlarını və həkimlərin açıqlamalarını az sonra diqqətinizə çatdıracağıq.

Bizə qoşulun