Yaxın Şərqdə sülh missiyasını üzərinə götürən Roma papası Fransis İsrail prezidneti Şimon Pereslə Fələstin lideri Mahmud Abbası qəbul edib.
Vatikanda baş tutan görüş bir müddət əvvəl papanın Yaxın Şərqə səfəri zamanı razılaşdırılmışdı. Papa hər iki dövlət başçısını Vatikana dua etməyə dəvət etmişdi.
Dəvətin əsas məqsədi Vatikan bağlarında həyata keçib. Hər iki tərəfin nümayəndələri sülh üçün dualar ediblər. Vatikanda Quran ayələri səsləndirilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerrinin Yaxın Şərqdə yürütdüyü uğursuz sülh siyasətindən sonra pontifik tərəflər arasında yenidən barışıq yaratmağa çalışacaq. Papanın Yaxın Şərqə səfəri zamanı "Fələstin dövləti" sözünü işlətməsi də diqqətlərdən yayınmamışdı.
Mahmud Abbasın Fəth Partiyası ilə "Həmas" hərəkatı arasında əldə olunan barışıq İsraillə Fələstin arasındakı sülh danışıqlarının dayandırılmasına səbəb olmuşdu. İsrail hökuməti Fələstin rəhbərliyi "Həmas"la əlaqələri davam etdirdikcə bu ölkə ilə sülh danışıqlarına getməyəcəyini bildirib. ABŞ və əksər Qərb ölkələri "Həmas"ı terrorçu təşkilatı kimi tanıyıblar (ANS).
http://www.youtube.com/watch?v=LDVbPQxrRc0#t=13
09.06.2014, 09:49
335
baxış
TURAN
Vatikanda Quran ayələri səsləndi - (Video)