Medianews.az
Harvardda Gülü tərlədən suallar – Video
337 baxış

Harvardda Gülü tərlədən suallar – Video

publika.az140151783210425581_4248660230904_1408497959_n Türkiyə prezidenti Abdullah Gül Harvard Universitetində qatıldığı toplantıda gözləmədiyi suallarla qarşılaşıb . Türkiyə prezidenti Abdullah Gülün oğlu Əmrə Gül Harvad Universitetindən bu il məzun olub. Məzun günü ilə bağlı tədbirdən sonra prezident “Aktual Regionlar və Gəcələyə Baxış” adlı paneldə dinləyicilərin suallarını cavablandırıb. Harvard Tibb Fakültəsindən bir tələbənin “Türkiyədə insanlar öldüyü zaman siz necə yatırsınız axı?” sualı Gülü çətin vəziyyətdə qoyub. Sualın hər kəs anlasın deyə israrla ingiliscəyə tərcümə edilməsini istəyib. Həmin vaxtı Gülün cangüdənlərindən biri tələbəyə “sən insan deyilsən” deyə irad bildirib. Salonda əyləşən 150 nəfərdən çox dinləyiciyə sual tərcümə edildikdən sonra prezident Gül soyuqqanlılığını qoruyaraq sualı belə cavablandırıb: “Dediyin sözlər düz deyil. Mənim yerimə başqası olsaydı sənə bu sualı verməyə imkan verməzdi. Bu cür hadisələr başqa ölkələrdə də olur. “Gəzi” hadisələri xoş niyyətlə başladı. Daha sonra isə qanunsuz təşkilatlara tərəfindən idarə olunmağa başladı. Bütün bunlara baxmayaraq əlbətdə ki, bunlar çox üzücü hadisələrdir”. Amma Gülün cavabından narazı qalan tələbə daha sərt çıxış edib: “Bildiyiniz kimi indi “Gəzi” hadisəsinin ildönümüdür. Keçən il Nobel mükafatlı həmkarlarımızla “Science” (Elm) jurnalında bir məqalə yayımladıq. Başıçısı olduğunuz dövlətdə bu hadisələr zamanı 8 nəfər öldürülür, 90 insan yaralanır və onlarda 9-u gözünü itirib. Eyni zamanda minlərlə insanı bibər qazında boğduğunuz üçün bizetiraz etdik. Ancaq Türkiyədə şiddət hələ də davam edir. Gündə 3 qadın öldürülür. 4 nəfər iş qəzalarında qətlə yetirilir. “Roboski” qətliamında sizin başında olduğunuz ordu 34 nəfər öldürdü. Onlardan 17-si uşaq idi. Siz Ankarada yaşayırsınız. “Qızılay”da Əthəm Sarısülük başından güllə ilə vurularaq öldürülür və qatili hələ də azadlıqdadır. Siz bu cür dövlətin başçısı olmağa utanmırsınızmı? Gecələri necə yatırsınız? Bərkin Əlvan 14 yaşında idi. Sizin Baş naziriniz 14 yaşındakı uşağa terrorçu deyir. Lütfən sualım tərcümə edilsin”. Heç kim sənə bu cür sual vermək hüququ verə bilməz Prezident Gülün israrından sonar sual tərcümə edilir. Abdullah Gül isə tələbəyə “indi sən mənə yaxşı qulaq as. Heç kim sənə bu cür sual vermək hüququ verə bilməz” deyə cavab verir. Bu cavabdan da narazı qalan tələbə “bu cür suala görə Türkiyədə məni döyərdilər” deyərək yerinə əyləşib.

Bizə qoşulun