Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli `Rusiya-24` kanalının canlı efirində qonaq olub. Deputat verilişdə aktual iqtisadi və siyasi mövzularla bağlı sualları cavablandırıb.
Aparıcının ABŞ-ın Azərbayandakı səfiri Riçard Morninqstarın qalmaqallı fikirlərilə bağlı sualına cavab verərkən Əli Hüseyov bildirib ki, səfirin dedikləri nonsensdir: `Bizim özümüzə də təəccüblü gəldi ki, ABŞ maraqlı olduğu region haqqında bu dərəcədə pis məlumatlıdır`.
Ukraynadakı seçkinin nəticələrinə toxunan millət vəkili deyib ki, `Maydan`-ın qəhrəmanlarının yox, biznesmenin qalib gəlməsi həmin hadisələrin süni və qurama olduğunu bir daha təsdiqləyib.
AzVision.az