“Atletiko Madrid”li futbolçu Arda Turan “GQ” jurnalına maraqlı açıqlama verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu qadınlarla olan münasibətindən söhbət açıb:
"Dostlarım “Yaraşıqlı deyilsən” deyərək mənimlə zarafat edirlər. Bir qadının məni bəyənməyinə ehtiyac yoxdur. Mənin bəyənməyim yetərlidir. Qadınlar güclü, müvəffəqiyyətli, qoruyucu kişiləri sevirlər. Qadınların istədiyi hər şey məndə var”.