Medianews.az
Rüstəm İbrahimbəyov ölkədə baş verənlərdən danışdı
226 baxış

Rüstəm İbrahimbəyov ölkədə baş verənlərdən danışdı

images_rustem vacib isler

“Mənə elə gəlir ki, orada hər şey normaldır”

Milli Şuranın (MŞ) fəxri sədri Rüstəm İbrahimbəyov qurum daxilində baş verənlərdən və fəaliyyətsizliyindən narazı deyil. O, musavat.com-a açıqlamasında bildirib ki, MŞ daxilində baş verənlərdən o qədər də məlumatlı deyil: “Vəziyyəti dəqiq bilmirəm. Ona görə geniş fikir deyə bilmərəm. Mənə elə gəlir ki, orada hər şey normaldır”.
O, ehtiyac olanda MŞ sədri Cəmil Həsənli ilə zəngləşib qurumla bağlı müzakirələr apardığını da bildirib: “Cəmil müəllimlə ünsiyyətdəyəm, zəngləşirik. ”Azadlıq" və başqa qəzetləri oxuyuram. Amma baş verənlərlə dərindən maraqlanmıram. Çünki işlərim çoxdur, film üzərində işləyirəm".
MŞ-nin fəxri sədri deyib ki, onu qurum daxilində baş verənlər yox, ölkə daxilində baş verənlər daha çox narahat edir: “NİDA-çı gənclərə oxunan ağır hökm, saxta keçən məhkəmə prosesi, hüquq müdafiəçiləri Leyla Yunus və həyat yoldaşının istintaqı və sair bu tip hadisələr məni daha çox narahat edir, nəinki MŞ-nin içində baş verənlər, yaxud oradan istefa verənlər. Onlar xırda məsələrdir. Azərbaycanda doğrudan vəziyyət çox gərgindir. Bu barədə mən daha çox düşünürəm. Çıxış yolunu isə bilmirəm. Bilsəydim, işlərimi atıb siyasətlə məşğul olardım. Onu bildirim ki, Azərbaycan ziyalıları öz mövqelərini bildirməlidirlər, real vəziyyəti çox ciddi təhlil etməlidirlər. Çalışmalıdırlar ki, problemlərdən çıxış yolu axtarılsın. Vəziyyət ağırdır, ictimaiyyət hökumətlə birləşməlidir, oturub bir yerdə bu məsələləri həll etməlidir, Azərbaycanın gələcək problemləri müzakirə olunmalıdır. Bu, vacibdir.  Bu problemləri bir yerdə düşünmək lazımdır”.
Musavat.com

Bizə qoşulun