Medianews.az
Kürdəmirdə dəhşətli hadisə- Bacı qardaşını yandırdı
1,941 baxış

Kürdəmirdə dəhşətli hadisə- Bacı qardaşını yandırdı

images_72 tecili Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. 

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Kürdəmir şəhəri, Cənub məhəlləsindəki həyət evində 2010-ci il təvəllüdlü Məmmədov Radim Razim oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 4 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, R.Məmmədov bədbəxt hadisə nəticəsində yanıb. Belə ki, o bacısı, 3 yaşlı Şərəf ilə bu gün evin qarşısında oynayırmış. Nəzarətsiz qalan azyaşlılar kibritlə oynamağa başlayıblar. Bu zaman 3 yaşlı Şərəf 4 yaşlı qardaşının paltarını yandırıb. Azyaşlılar tüstülənməni görəndən sonra özlərini itiriblər və 4 yaşlı oğlanını əynindəki paltarlar tamamilə yanıb.

Ölüm faktı ilə bağlı araşdırmalar davam etdirilir.

Bizə qoşulun