“Samsunq” kompaniyası yeni reklam roliki istehsal edib.
Reklam poliki “GALAXY 11” kampaniyası çərçivəsində çəkilib. Rolikin süjet xəttini yer kürəsinin xilas olunması təşkil edir. Yadplanetlilərin gəlişi yer kürəsinin gələcəyini təhlükəyə atır. Yalnız “GALAXY 11” planeti xilas etməyə qadirdi. Ona isə bu işdə dünya futbolunun ulduzları kömək edirlər.
Olduqca böyük marağa səbəbə olan rolik dünyanın ən bahalı reklam roliklərindən biri hesab olunur.
Publika.az