"İctimai Təhlükəsizlik Təşkilatı"nın (KGT) rəhbəri Akif Marqaretin cəsədini tapdığı yerdə partlayan bombadan sağ qurtula biləcəkmi?
Marqaretin güllələnməsinə əmr verən "Armageddon" təşkilatının yeni dəstə komandiri Key isə sabiq komandir Kinin intiqamını almaq istəyir. O, yeni əməliyyatlar hazırlayır. "Ustad" Ronald isə Keyi dilə tutur, onu intiqam istəyindən vaz keçməyə çağırır.
Bu arada Cahit xəstəxanadan çıxır. Mete də xəstəxananı tərk edir, amma o, yenidən silaha əl atır.
Əbdülhey düşmənə yeni əməliyyat hazırlayıb, Polpo da qolunu kəsən Baltazardan intiqam almaq istəyir.
Ən başlıcası - Kara və "Siyah Sancak" dəstəsi Əfqanıstana nə üçün gedir?
Yaşananalar Polat Aləmdarı hansı addımlar atmağa vadar edəcək? O, "Armageddon"un yeni dəstə komandirini yaxalaya biləcək?
"Kurtlar Vadisi Pusu" teleserialının növbəti, 226-cı seriyası Türkiyənin ATV telekanalında mayın 15-də nümayiş olunacaq.
Milli.az