Mayın 11-də CNN-in efirində gedən reportajda Amerika kanalı Ukraynanı Pakistanın yerləşdiyi coğrafiyada qeyd edib. musavat.com-un mignews-ə istinadən verdiyi məlumata görə, süjet Şərqi Ukraynada saxta referendumun keçirilməsinə həsr olunubmuş.
Bir il öncə də CNN analoji xətaya yol verib. O zaman amerikalı jurnalistlər Honkonqu Cənubi Amerika ərazisi kimi göstərmişdilər.
Bu il isə telekanal artıq bir dəfə hay-küy yaratması ilə seçilib. O zaman dünyanın ən eybəcər abidələrinin siyahısını hazırlayan CNN birinci yerə Belarusda Brest qalasının qəhrəman müdafiəçilərini xatirəsini yaradılmış “Cəsarət” monumentini qoymuşdu. Az sonra kanalın əməkdaşları üzrxahlıq eləmiş, saytdan isə məlumatı yığışdırmışdılar.
Musavat.com
http://www.youtube.com/watch?v=gs3Im-YES5E
