Medianews.az
Türkiyədə polisi öldürən 2 "azərbaycanlı" tutulub (FOTO)
474 baxış

Türkiyədə polisi öldürən 2 "azərbaycanlı" tutulub (FOTO)

terrorcu_azerbaycanli2 Türkiyənin Nigde bölgəsinin Ulukışla qəsəbəsində iki polis əməkdaşı və bir yük maşını sürücüsünü qətlə yetirməkdə şübhəli bilənən şəxslər İstanbulda həbs ediliblər. Musavat.com-un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terrorçularla əlaqəsinin olduğu bildirilən şəxslərdən 2-si Azərbaycan vətəndaşıdır. Saxlanılanlar hadisənin törədildiyi Ulukışla qəsəbəsinə aparılıblar. Xatırladaq ki, martın 20-də Ulukışla qəsəbəsində reyd zamanı saxlanılan avtomobildə olan terrorçular təhlükəsizlik qüvvələrinə atəş açıblar. Hadisə nəticəsində iki asayiş keşikçisi və terrorçuların ələ keçirdiyi yük maşınının sürücüsü həlak olub. Qeyd edək ki, azərbaycanlı olduğu iddia edilən terrorçuların adları açıqlanmayıb. Onlardan götürülən pasportların saxta olması ehtimalı da yüksəkdir. Üstəlik, saxlanılanların azərbaycanlı olduqları nə Türkiyənin, nə də Azərbaycanın rəsmi dairələri tərəfindən hələ təsdiqlənməyib. Terrorcu_azerbaycanli1 musavat.com  

Bizə qoşulun