Həyatınızı asanlaşdıracaq 15 ipucu
Sizi narahat edən şeyləri ən asan yollarla həll etməklə həyatınızı asanlaşdıra bilərsiniz. Ailem.az-ın sizə qızıl məsləhətləri var.
Hıçqırıq tutduğu zaman 15 saniyə ərzində nəfəsinizi tutub, sonra 3 dəfə udqunun. Qısa müddət ərzində hıçqırığınız kəsiləcək.
“Boğazın ağrayır, soyuq şey yemə, dondurma qəti olmaz!” Bu düşüncə yanlışdır. Dondurma soyuq olduğu üçün boğaz ağrısına faydalıdır.
Mədəniz bulanırsa, 1 qaşıq qəhvə tozu yeyin.
Tər əleyhinə antipersperantları səhər deyil, gecə sıxsanız, daha az tərləyərsiniz.
Turşu qoyarkən duzun artıq və ya kəm olduğunu öyrənmək üçün içərisinə yumurta, ya da zeytun atın, əgər batmırsa, deməli duzu yaxşıdır.
Yediyiniz acı qida ağzınızı yandırdısa, su içmək yerinə çörək içi, ya da şirin şeylər yeyin.
3 saat qəbul edilən soyuq duşuyla 40 kalori yandıracaqsınız.
Saçları rəngləyərkən kənarlara batan rəng ləkələrini təmizləmək üçün pambığı südə batırıb təmizləyin.
Ütünün içinə tökdüyünüz suyun tərkibinə ətrinizdən bir az vursanız, geyimləriniz çox qəşəng qoxacaq.
Yumurta qaynadarkən qabığının çatlamamasını istəyirsinizsə, suya yanmış kibrit atın.
Yeməkdən əvvəl dişlərinizi təmizləsəniz, daha az yemək yeyib daha tez arıqlayarsınız.
Evdən makiyajsız çıxdığınız günlərdə 1 ədəd kök yeyib üzünüzə rəng qata bilərsiz.
Makyaj etmədən əvvəl üzünüzə nəmləndirici krem sürtün bir az gözləyin. Daha sonra makyaj edin. Makyajınızı uzun müddət olduğu kimi qalacaq.
Portağalları sıxmadan əvvəl bir müddət soyuq suda saxlasanız, portağalın suyunu yarı miqdarda artıra bilərsiniz.
Saxsı qablardakı bitkilərinizə böcəklər dadanıbsa, onda bitkilərin dibinə siqaret külləri tökün.