Medianews.az
Dilənçi qadın milyonlarını kasıblara verdi
1,281 baxış

Dilənçi qadın milyonlarını kasıblara verdi

arab_258ynb66   50 il dilənçilik edən Aişa 4 ev və 1,33 milyon dollar pul toplayıb. Həyat tərzi Səudiyyə Ərəbistanında görmə qabiliyyətini itirmiş Aişa adlı qadın yarım əsrdən artıqdır ki, “qara günə” milyon dollardan artıq pul toplayıb. Dilənçilik nəticəsində Aişa 4 ev və bir milyondan artıq qızıl sikkə toplayıb. Yerli mətbuat dilənçi qadının ümumi varidatının 5 milyon səudiyyə riyalı və ya 1,33 milyon dollar miqdarında olduğunu bildirib. Qadına məxsus 4 evdə isə yoxsullar yaşayıb. o otaqlarını icarəyə verərək pul qazanıb. Həyatının son günlərində isə qadın var-dövlətini kasıb insanlara bağışlayıb. Vəfat etdiyi gün Aişa qohum-əqrabası qalmadığını bildirərək var-dövlətini dövlətə bağışlayıb və bütün pullarının ehtiyacı olanlara, evsiz, ac insanlara paylanılmasını istəyib. 50 il dilənçiliklə məşğul olan qadın var-dövləti barədə heç kimə bildirməyib. Bu barədə ancaq ömrünün son illərində ona qulluq edən qonşusu xəbərdar olub. O bildirib ki, hər zaman Aişadan pul toplamaqdan əl çəkməyi xahiş edib. “Lakin o razılaşmırdı. Deyirdi ki, “qara günə” pul toplayır". Qeyd edək ki, ərəb qadın 100 yaşında vəfat edib. anspress.com

Bizə qoşulun