Medianews.az
Zürafə ölüm yatağında olan baxıcısı ilə belə vidalaşdı (VİDEO)
802 baxış

Zürafə ölüm yatağında olan baxıcısı ilə belə vidalaşdı (VİDEO)

zurafe baxici Hollandiyanın Rotterdam şəhər heyvanasında göz yaşardan hadisə yaşanıb. ANS PRESS-in məlumatına görə, zürafə ölüm yatağında olan baxıcısı ilə vidalaşıb. Heyvanxananın Mario adlı işçisi xərçəng xəstəliyinə yaxalanıb. O, ömrünün 25 ilini adıçəkilən heyvanxanada heyvanlara qulluq etməklə keçirib. Ömrünün son günlərində isə iş yoldaşları ilə vidalaşmaq üçün sonuncu dəfə onu çalışdığı yerə gətiriblər.  Lakin heç kimin gözləmədiyi anda onun yanında ilk gələn zürafə olub. Yataq volyerə (heyvanxanada heyvanları və quşları saxlamaq üçün hər tərəfi qəfəslənmiş meydança) yaxınlaşan kimi zürafə üzünü, burnunu baxıcısının üzünə sürtərək onunla sanki öpüşərək vidalaşıb.  Alimlər heyvanların insanların ağrı-acısını hiss edə bildiklərini dəfələrlə sübut ediblər. İnsanlarla olan yaxın münasibətinə görə fərqlənən heyvanlardan biri də Oskar adlı pişik olub. ABŞ-dakı qocalar evlərindən birində yaşayan pişik ölümü əvvəlcədən hiss edə bilib. Belə ki, o kimin yatağının yanında uzansa həmin xəstə bir neçə saatdan sonra vəfat edib. Bu yolla Oskar 25 xəstənin ölümü barədə qabaqcadan xəbər verib. 

Bizə qoşulun