Bakıda tələbə intihar edib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə paytaxtın Dilarə Əliyeva küçəsi, 253 ünvanında yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kərimli Kamil Vaqif oğlu binanın damından özünü atıb. O, yerindəcə keçinib.
Polisdən həmçinin bildirilib ki, K. Kərimli Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi imiş.
K. Kərimlinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Bakıda ikinci intihar hadisəsi Yeni Yasamal qəsəbəsində qeydə alınıb.
286 saylı orta məktəbin həyətində məskunlaşan, məcburi köçkün 14 yaşlı Cəfərov İlham özünü asaraq intihar edib.
Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, İlham Cəfərovu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.