Medianews.az
"Qalatasaray" Çempionlar Liqasından kənarlaşdırıldı
420 baxış

"Qalatasaray" Çempionlar Liqasından kənarlaşdırıldı

qalatasaray chelse Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. İngiltərənin "Çelsi" klubu öz meydanında "Qalatasaray"ı qəbul edib. İstanbulda ilk oyun 1:1 hesabı ilə bitmişdi. Budəfəki qarşılaşmada "Çelsi" “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Digər oyunda isə "Real" (Madrid) "Şalke" ilə üz-üzə gəlib. Almaniyada baş tutan ilk oyunda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olardı. Bu matçda da 3:1 hesabı ilə qalib gələn Madrid klubu növbəti mərhələyə yüksəlib. Qeyd edək ki 1/8 final mərhələsinə martın 19-da keçiriləcək iki oyunla yekun vurulacaq. Çempionlar Liqası, 1/8 finalın cavab oyunları "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - (İlk oyun - 1:1) - 2:0  "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) - (İlk oyun - 6:1) - 3:1Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - (İlk oyun - 2:0) - 2:1  PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) - (İlk oyun - 4:0) - 2:1  "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) - (İlk oyun - 1:0) - 4:1  "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) - (İlk oyun - 2:0) - 1:1  19 mart 23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2) 23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)

Bizə qoşulun