Medianews.az
Putini Krıma görə Stalinlə müqayisə etdilər
467 baxış

Putini Krıma görə Stalinlə müqayisə etdilər

putin kollaadimir Putin sivolik olaraq Krımdan Rusiya prezidenti Vladimir Putin sivolik olaraq Krımdan başlayaraq Avropanın sərhədlərini yenidən bölüşdürməyə başladı. Məhz burada İkinci Dünya Müharibəsindən sonra İosif Stalin, Uinston Çerçil və Franklin Ruzvelt müharibədən sonrakı Avropanı necə bölüşdürməyə razılaşmışdılar. Modern.az-ın xəbərinə görə bunun Almaniyanın “Frankfurter Allgemeine” nəşri Rusiyanın Krımı özünə birləşdirilməsi ilə bağlı qərarı şərh edərkən yazıb. Qəzetin icmalçısı qeyd edir ki, Rusiya prezidenti dünyada öz təbliğatı ilə yaşayır və bu təkcə rusiyalıların deyil, həm də Avropadakı tərəfdarlarına təsir edir. Onun fikrincə, Putin geopolitik oyun kateqoriyası haqda düşünür: “O, məğlub olmaqdan təngə gəlib və indi Avropanın yeni sərhədini cızmaq haqda qərar verib: “Krımdan başqa simvolik yer tapmaq olmazdı. Krımla birgə Yalta da yenə rusların oldu, hansı ki, burada Stalin, Çerçil və Ruzvelt öz aralarında Avropanı paylaşmışdılar”. Müəllif qeyd edir ki, Putin rusiyalıları NATO ilə qorxudur, eyni zamanda yaxşı başa düşür ki, bu Şimali Atlantika Alyansı Rusiya üçün heç bir hərbi təhlükə törətmir.

Bizə qoşulun