Medianews.az
Küçədə uşaq doğuldu - VİDEO
591 baxış

Küçədə uşaq doğuldu - VİDEO

249954 "Baxın, onun sancıları başlandı! Kömək edin! Həkim çağırın! Tələsin!" Fox TV telekanalının reportyoru qışqırır, yardıma adam çağırırdı. Çünki onun gözünün qarşısında qarnını tutaraq yerə uzanan hamilə xanım ana olmağa hazırlaşırdı. Küçəyə uzanmış qadın sancılardan qıvrılır, qışqırırdı. Az sonra olay yerinə təcili yardım maşını gəldi. Fəqət, uşaq artıq doğulmuşdu. Küçədə sancısı tutan hamilə xanım dünyaya qız gətirdi. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Nyu-York şəhərində, Yuxarı İst-Sayd səmtində yaşanıb. Manhettenin 68-ci küçəsi və 3-cü Avenyunun kəsişməsindəki olayda doğulan qızla anası Lennoks Hill Hospitalına aparılıblar. Onların sağlıq durumunun yaxşı olduğu deyilir. "Bu uşaq əsl Nyu-York sakinidir. Çünki onun gözləmək niyyəti olmadı və tələsdi. Küçənin ortasında qəflətən sancısı tutaraq yerə yıxılan və qıvrılan qadını görəndə çox qorxduq. Təcili yardım çağırdıq. Amma həkimlər gələnə qədər qadın artıq ana olmuşdu", - olayın şahidlərindən biri Linda Şmidt deyib.

Bizə qoşulun