
“İbrahimbəyov bunu öncədən düşünməli idi”
“Milli Şura deyilən qurumun fəaliyyəti bütövlükdə sabun köpüyündən, şişirdilmiş hay-küydən başqa bir şey deyil. Onların harada toplanması və nə danışması Azərbaycan ictimaiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir. Onların fəaliyyətinin Azərbaycan ictimai rəyinə heç bir təsiri yoxdur”.
Onun sözlərinə görə, Milli Şuranın Rusiya prezidentinə müraciət etməsi anormallıqdır:
“Qanun çərçivəsində kimin hüququ varsa, gəlib seçkidə iştirak edə bilər. Seçki iştirak etmək üçün başqa dövlətin rəhbərinə müraciət etmək isə anormal bir hərəkətdir. Hesab edirəm ki, normal düşüncəyə sahib olan hər bir vətəndaş bu cür hərəkətləri heç vaxt dəstəkləməz”.
M.Qurbanlı bildirib ki, MŞ üzvlərinin Tiflisdə toplantı keçirməsi imitasiyadan başqa bir şey deyil:
“Onlar guya, mövcud olduqlarını göstərmək üçün bu cür toplantılar keçirirlər. Guya Rüstəm İbrahimbəyov ölkəyə gəlsə, onu tutacaqlar. Əgər öz fəaliyyətindən bədgüman deyilsənsə, niyə gəlmirsən?!”.
YAP rəsmisinin sözlərinə görə, R.İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyirdisə, bunu öncədən düşünməli idi: “Əgər seçkidə iştirak etmək iddiası var idisə, vaxtında müraciət edərdi. İndi sabah onun seçkidə iştirakı ilə bağlı problem olanda deyəcəklər “vay, Rüstəm İbrahimbəyov seçkiyə iştirak edə bilmir”. Azərbaycan hakimiyyətinə seçkidə kimin iştirak etməsinin fərqi yoxdur. İstəyir Rüstəm iştirak eləsin, istəyir hamısı bir yerdə iştirak eləsin. Azərbaycan hakimiyyəti üçün bu, gündəlikdə olmayan məsələdir”.
aznews.az