
Mərasim Bodrumda keçiriləcək. Artıq çoxlu sayda qonaqlar Bakıdan Türkiyəyə yola düşüb. Toy sürprizlərlə dolu olacaq. Bu səhər virtual aləmdən dostlarına səslənən Safura bunları qeyd edib:
“Sabahınız xeyir, əziz dostlarım. Bu gün mən ailə həyatı qururam. Hazırda Bodrumdayam ailəmlə, dostlarımla. Sizi çox istəyirəm, canlarım mənim”.
Qeyd edək ki, toyun aparıcısı şoumen Murad Dadaşovdur. Safuranın saç və makiyajını stilist anar Ağakişiyev edəcək. Toyda tanınmışlardan Zülfiyyə Xanbabayeva, prodüser Tolikin iştirak edəcəyini öyrəndik.
Xatırladaq ki, toyun başa şəhərdə keçiriləcəyi barədə xəbərlər yayılmışdı. Son bir neçə gündə Safura özü mərasimin Bodrumda keçiriləcəyini açıqladı. Safura Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə nikaha daxil olur.